YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər qürur mənbəyimizdir

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədrinin, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının, ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Solnsev Dmitriy Aleksandroviçin doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.