YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan mədəniyyətinin intibah dövrü”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Birinci Dördyol qəsəbə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin intibah dövrü” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və milli-mədəni irsimizin qorunub saxlanılmasına verdiyi töhfələrdən danışıb. Bildirib ki, bu gün sülh və əmin-amanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır. Ulu öndər Heydər Əliyev dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutub, regional liderliyini təmin edib.

Birinci Dördyol qəsəbə ərazi partiya təşkilatının sədri Xətai Abdullayev, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova, partiya fəalları Nailə Yüzasifli, Günay Kərimova və başqaları vurğulayıblar ki, ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.

Tədbir Ağdam rayon Güllücə kənd Uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.