YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıya qoyulan məqsədlər icra olunur

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Ölkə başçısı mütəmadi olaraq Azərbaycanın bütün regionlarında səfərlərə gələrək görülən işlərlə, inkişaf prosesləri ilə yerində şəxsən tanış olur, tövsiyə və müvafiq tapşırıqlarını verir.

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan rayonlarına gəliblər. Səfər çərçivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən bəhs edib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik konsepsiyası, iqtisadi-inkişaf strategiyası, daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz həm regionda, həm də beynəlxalq müstəvidə artan nüfuzunu daha da möhkəmləndirib. Yüksək dinamika ilə inkişaf edən respublikamız regionun aparıcı dövlətinə çevrilib və bu fakt dünya birliyi tərəfindən də birmənalı şəkildə qəbul edilir. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına görə, respublikamız ötən ilin yekunlarına uyğun olaraq ilin bir nömrəli islahatçı ölkəsi hesab olunub. Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq ölkə rəhbərinin həyata keçirdiyi düşünülmüş və uzaqgörən iqtisadi siyasət nəticəsində ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövləti olaraq qalıb və yüksək makroiqtisadi göstəricilərə nail olub.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur.