YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli sərvətimiz

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Müstəqil müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna rolu olmuşdur. Azərbaycançılıq ideyalarının daşıyıcısı kimi dahi Heydər Əliyevin müdrik siyasəti, sarsılmaz əqidəsi və uzaqgörənliyi nəticəsində xalqımız milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir demokratik Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur. Bu gün biz fəxrlə deyə bilərik ki, dahi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Respublikası özünün bütün potensialından istifadə edərək Şərqlə Qərb arasında möhkəm dayanıqlı, etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Bizim xalqımızın milli-mənəvi dəyərləri və qədim ənənələri vardır. Xüsusilə qeyd etməliyəm ki, Ana dili bizim milli sərvətimizdir, bir xalqın varlığının təsdiqidir. Bizim eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini, dövlətçilik yolunu, coğrafi mənzərəsini hifz edib saxlayır.

XX əsrin əvvələrində Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin dili Azərbaycan türkcəsində idi. Rəsmi sənədlər ana dililində yazılırdı. Ancaq bu məsələyə tam hüquqi qiymət verilməmiş və İstiqlal Bəyannaməsində öz əksini tapmamışdı. Daha sonra isə bildiyimiz kimi o zaman keçmiş sovet imperiyası milli hərəkatın, milli dirçəlişə səbəb olacaq hər hansı tədbirin qarşısını almaq üçün hər cür təxribata hazır idi. Ümummilli lider Heydər Əliyev həmin dövrü xarakterizə edərkən deyirdi ki, ən emosional məsələləri də ancaq ağlın gücü ilə həll etmək lazım idi. Azərbaycan cəmiyyətinin o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlüklə Azərbaycan dilinə keçmək çox riskli, mərkəzə meydan oxumaq idi. Azərbaycan dili dövlət-idarəçilik sisteminə tədricən daxil olmalı, milli məmurlar, dəftərxana işçiləri yetişməli idi.

Heydər Əliyevin bənzərsiz ömür yolu ictimai–siyasi fəaliyyəti, müasir tarixi dövrdə mühüm mərhələ təşkil edir. O, Azərbaycanın müasir və inkişaf edən ölkə olması üçün misilsiz geniş layihələr həyata keçirən, ölkəmizin dünya birliyində xüsusi yer tutmasına nail olan, siyasətdə əsl liderliyini əməli işləri ilə sübuta yetirən böyük şəxsiyyət idi. 1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli lider dahi Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Qeyd edək ki, 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Ulu Öndər Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri siyasi taleyini riskə qoyaraq Əsas Qanunumuzda Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qruplarını da bu işə cəlb etmişdir. Sovet imperiyası şəraitində belə bir davranış əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapmışdı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21- ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Biz bu gün tariximizə nəzər yetirsək, bir çox tarixi faktların olduğunu, eyni zamanda ölkəmizdə baş vermiş çoxsaylı gərgin hadisələri və bu acınacaqlı hadisələr fonunda öz ölkəsini, xalqını məhv olmaq təhlükəsindən xilas edərək, böyük tərəqqi youluna çıxaran Liderin-Dahi Heydər Əliyev şəxsiyyətinin mövcudluğunu görə bilərik. Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədi məskən salmış Ümummilli Lider Heydər Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etmişdir. Məhz misilsiz xidmətlərinə görə qədibilən xalqımız daim Heydər Əliyev şəxsiyyətini ehtiramla yad edir, dahi Liderin əziz xatirəsini ucadan-uca tutur.