YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni inkşaf mərhələsi

“Hazırda dünyada yüksək siyasi kataklizmlərin, böhranların cərəyan etdiyi, qaynar müharibə ocaqlarının hökm sürdüyü bir zamanda Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələri daha da inkşaf etdirir, yeni-yeni əməkdaşlıq sahələrinin qurulmasına çalışır. Bu istiqamətdə ölkə başçısı İlham Əliyev gecə-gündüz yorulmadan çalışır, mütəmadi olaraq xarici ölkələrə səfərlər, qlobal əhəmiyyətli tədbirlərdə iştirak, beynəlxalq miqyaslı təşkilatlarla yaxından və fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və unikal siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu, qüdrəti və etibarı daima artmaqdadır və dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Hersoqovinaya rəsmi səfəri ölkələrimiz arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə böyük töhfə verməklə yanaşı iki ölkə arasındakı münasibətlərdə yeni inkşaf mərhələsinin başlanğıcı oldu. Səfər çərçivəsində bir sıra sənədlər, eyni zamanda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalandı ki, bütün bunlar  bu günə qədər Azərbaycanla Bosniya və Herseqovina arasında olan yüksək səviyyəli münasibətlərin nəticəsindən və bu münasibətlərin gələcək inkişafından xəbər verir.

“Prezident İlham Əliyev mətbuata çıxışında  ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrin mövcudluğundan bəhs edərək, hər iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini bütün məsələlərdə dəstəklədiyini qeyd edib. İkinci Qarabağ Müharibəsi zamanı Bosniya və Herseqovinanın Azərbaycanın haqq işini qətiyyətli şəkildə dəstəklədiyini bildirən Ali Baş Komandanımız İlham  Əliyev, eyni zamanda Azərbaycanın da öz növbəsində Bosniya və Herseqovinanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Lideri, iki ölkə arasında  investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, turizm, əczaçılıq və digər sahələrdə də əlaqələrin genişləndirilməsi barədə müzakirələrin aparılacağını, bundan sonra Azərbaycanın Bosniya və Herseqovina ilə sözün əsl mənasında strateji tərəfdaş kimi birgə fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri xeyli məhsuldar və səmərəli oldu”-deyə, Sədaqət Vəliyeva bildirib.