YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin Azərbaycan səhiyyəsinin inkişafında xidmətləri misilsizdir

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının və “Tovuz şəhər Şəhriyar küçəsi” üzrə ərazi partiya təşkilatının (Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişaf tarixi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Paşa Muradov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və digərləri çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən bəhs ediblər. Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev daim səhiyyənin inkişafına diqqətlə yanaşıb, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin və kadr potensialının yaradılmasının qayğısına qalıb. Ulu Öndərin təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb.

Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən xalqımızın sağlamlığı və rifahı naminə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.