YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Goranboyda şəhid ailələri ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Goranlı kəndində şəhid ailələri ilə görüşüb, şəhid İxtiyar Əliyevin anasını ad günü münasibətilə təbrik edib.

Deputat görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimizdən danışıb və torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Anar Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirib, eləcə də onları narahat edən bəzi məsələlər barədə deputata müraciət ediblər.

Sonda deputat şəhid ailələrinin üzvlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirib.