YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Kamilə Əliyeva seçiciləri qəbul edib

111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva Zaqatalada Heydər Əliyev mərkəzində seçiciləri növbəti dəfə qəbul edib.

Qəbulda Milli Məclisin deputatı Kamilə Əliyeva Prezident İlham Əliyevin apardığı dövlət siyasətindən, ölkədə gedən quruculuq işlərindən bəhs edib, seçicilərin problemlərini dinləyib.

Seçilcilər əsasən, yeni salınmış massivlərin qazlaşdırılması, su problemi, kənd yollarının asfaltlaşdırılması, məşğulluq kimi məsələlərin həlli üçün köməklik göstərilməsini xahiş ediblər.

Qaldırılan məsələlər deputat tərəfindən nəzarətə götürülüb və aidiyyatı qurumlara müraciət göndəriləcəyi bildirilib.