YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkşaf və tərəqqi dövrü

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

1990-cı illərin əvvəllərində Azərbaycanda hər bir sahədə olduğu kimi ordu quruculuğu sahəsində də dərin böhran hökm sürürdü. Bu dövr ərzində orduda hərbi intizam yox idi, vahid komandanlıq və idarəçilik təmamilə itmişdi.  Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının yeganə ümid çırağı, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində bir sıra mühüm, təxirəsalınmaz addımlar atıldı və bu sahədə köklü islahatlara başlanıldı. Bütün bu tədbirlərin nəticəsi olaraq qısa müddət ərzində güclü milli ordu yaradıldı, orduda hərbi intizam möhkəmləndirildi, ordumuzun maddi-texniki təminatı,  mənəvi-psixoloji hazırlığı, döyüş ruhu xeyli yüksəldi. Bununlada ölkəmizdə ordu quruculuğu sahəsində mövcud olan böhran aradan qalxdı, inkşaf və tərəqqi dövrü başlandı.

Əsası Azərbaycan xalqının Dühası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildi. Bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli və nizamlı orduları sırasındadır. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı Ordumuz tərəfindən istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı. Həmçinin ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatların öyrənilməsinin zəruriliyini qeyd etdilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi gənclər və hərb siyasətinin daha bir unikallığı ondan ibarət idi ki,  heç bir zaman işğaldan azad olunmuş torpaqlarımızı görməyən, orada olmayan Azərbaycan gəncləri, Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etdilər.

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev: “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik.”-deyə qeyd edib.

Zaman keçdi və Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirdiyi müdrik və uzaqgörən siyasətilə Ümumilli Liderimiz Heydər Əliyevin 12 sentyabr 2002-ci il tarixində Gəncədə "N" saylı hərbi hissədə keçirilən görüşdə səsləndirdiyi bu fikirlərini reallığa çevirdi və ATA vəsiyyətini yerinə yetirdi.