YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə görüşüb

Milli Məclisin deputatı Əliabbas Salahzadə seçiciləri ilə görüş keçirib. Görüşdə onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili Əliabbas Salahzadə cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının aparılan siyasətin əsas istiqamətlərindən biri olduğunu önə çəkərək təsdiqlənən və uğurla icra edilən Dövlət proqramlarından bəhs edib. Bildirib ki, əsas hədəf insanların daha rahat yaşayışının təmin edilməsi üçün vacib olan işlərin görülməsidir. Bu, dövlətin siyasətində vətəndaş amilinin, vətəndaş məmnunluğunun artırılmasının öndə dayandığını göstərir. Bu çağırış səsləndirilir ki, bütün hədəflərə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ölkəmizin artan iqtisadi və maliyyə imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial siyasətlə tamamlanır. Əmək haqqlarının, pensiyaların, müavinətlərin artırılması davamlı xarakter daşıyır.

Əliabbas Salahzadə onu da xüsusi qeyd edib ki, bu gün müasir müstəqil, qalib Azərbaycan bütün sahələrdə təcrübəsi ilə dünyanın diqqətindədir. Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə möhtəşəm uğurlar qazandırır. Bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. Soydaşlarımızın bu torpaqlara qayıdışından sonra rahat yaşayışı üçün bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir.

Görüşdə seçicilərin müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, bir qisminin isə aidiyyatı qurumlara təqdim ediləcəyi bildirilib.

Seçicilər səmimi görüşə görə minnətdarlıqlarını, problemlərinin qısa zamanda həllini tapacağına əminliklərini ifadə ediblər.