YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən uğrunda canından keçənlər heç zaman unudulmayacaq!

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının fəalları və Şuşa rayon 24 nömrəli tam orta məktəbin kollektivi şəhid Məmmədov Pərviz Şakir oğlunun ailəsini ziyarət ediblər.

Söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhidin ailəsi qazanılan Qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Tədbir iştirakçıları şəhidin məzarını da ziyarət edib, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla anıblar.