YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Bizim üçün çox dəyərlidir"

Qardaş Azərbaycanın dəstəyi bizim üçün çox dəyərlidir. Bütün vətəndaşlara, sahibkarlara, Heydər Əliyev Fonduna, Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirik.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı fevralın 14-də keçirilən brifinqdə deyib.

Səfir diqqətə çatdırıb ki, indiyədək Azərbaycandan 5600 çadır, 25 min adyal, 737 ton ərzaq və sair yardım edilib.

Yardım üçün geyimə ehtiyac qalmadığını diqqətə çatdıran Cahit Bağçı isidici, tibbi ləvazimatlar göndərilməsinin məqsədəuyğun olduğunu bildirdi.

Azərbaycanın öz xəstəxanalarını yaralılar üçün təklif etdiyini xatırladan səfir Türkiyənin və Azərbaycanın şad gündə də, ağrılı gündə də bir yerdə olduğunu bildirdi.