YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi plüralizmin inkişafında yeni mərhələ

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməsi ölkəmizin plüralist siyasi sisteminin inkişafında yeni mərhələdir.

Keçmiş “Siyasi partiyalar haqqında” qanun 30 il bundan əvvəl qəbul edildiyi üçün müasir dövrün çağırışlarına, ölkəmizin hazırki inkişaf səviyyəsində cavab vermirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın diqtəsi ilə yaranan yeni reallıqlar, həmçinin ölkəmizin siyasi sisteminin də bu reallıqlara uyğun şəkildə inkişafını şərtləndirir. Bu baxımdan yeni qanunun qəbul edilməsinə zərurət var idi.

Qanun layihəsinin hazırlanması zamanı dünyada bir sıra qəbul edilmiş hüquqi sənədlər nəzərdən keçirilmiş, bir sıra dövlətlərin təcrübəsi öyrənilmişdir. Bundan əlavə Qanun layihəsi bir neçə dəfə ictimai müzakirəyə çıxarılaraq müxtəlif təkliflər və əlavələrlə zənginləşdirilmişdir.

“Siyasi partiyalar haqqında” Qanun ölkəmizdə mövcud olan siyasi partiyaların fəaliyyətini hüquqi müstəvidə tənzimləyərək, onların inkişafına sağlam mühit yaradacaq. Partiyaların üzvlük, maliyyə məsələlərinə dair yeni Qanunda diqqət çəkən məqamlar eyni zamanda onların fəaliyyətində şəffaflıq formalaşdıracaq.  “Siyasi partiyalar haqqında” Qanun ölkəmizdə siyasi plüralizmin inkişafına xüsusi töhvə verəcəkdir.