YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə aksiya keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə aksiya keçiriblər.

Aksiya çərçivəsində partiya fəalları Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini, “Qayğı” reabilitasiya mərkəzini və Autizm Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı fəallar mərkəzlərdə yaradılmış şəraitlə tanış olublar, uşaqlarla görüşüblər.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, “Qayğı” reabilitasiya mərkəzinin direktoru Bənövşə Məmmədova, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.

Ziyarətçilər də yaradılmış şəraitə görə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkürlərini bildiriblər.