YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Ağstafa şəhər Təhsil işçiləri, Mədəniyyət şöbəsi, Mərkəzi Xəstəxana, Dağ Kəsəmən kənd və Köçəsgər kənd ərazi partiya təşkilatlarında 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, Vətən müharibəsi qaziləri və iştirakçıları, ərazi partiya təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və işğal olunmuş ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi qeyd olunub.