YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən yolunda canını qurban verənlər hər birimiz üçün dəyərlidir

Yasamal rayonunda 8 Noyabr-Zəfər Günü və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə şəhid ailələri ziyarət olunur.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilat əməkdaşları, “B.Bağırova küç.17” (F.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, institutun direktoru Allahverdi Musayev Vətən müharibəsində şəhid olan kəşfiyyatçı Tağıyev Hüseyn Oktay oğlunun ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Vətən yolunda canını qurban verənlər hər birimiz üçün dəyərlidir. Şəhidlərimizlə, qazilərimizlə, gənc övladını Vətən yolunda qurban verən məğrur şəhid valideynləri ilə qürur duyuruq.

Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş, Aprel və Tovuz döyüşlərində də qəhrəmanlıq göstərmiş Hüseyn Tağıyev Vətən müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə şəhid olub. Dövlət başçısının Sərəncamları ilə o, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.