YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda şəhidin xatirəsi anılıb

Lənkəranda Vətən müharibəsi şəhidi Talıbov Elnur Gəgiş oğlunun anım mərasimi keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, kənd sakinləri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Xatırladaq ki, şəhid Elnur Talıbov 1996-cı il dekabrın 26-sı Lerikdə rayonunda anadan olub. 2020-ci il oktyabr ayının 5-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 1-də Lənkəran şəhərində dəfn olunub.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.