YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə “Qarabağ” ordenli şəhidin xatirəsi anılıb

Lerik rayonu Soru kəndində DSX-nin Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı şəhid Səfərov Elvin Ramiz oğlunun anım mərasimi keçirilib.

İldönümü mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Təhsin Almas oğlunun da məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra Soru kəndində şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksi ziyarət edilib.

Qeyd edək ki, 1989-cu il dekabrın 10-u Lerik rayonu Soru kəndində anadan olan Elvin Səfərov 2020-ci il oktyabrın 31-də Füzuli istiqamətində döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən o, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Lerik şəhərinin mərkəzi küçələrindən birinə şəhid Elvin Səfərovun adı verilib.