YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!

Tərtərdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Qasımov Azər Yaqub oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Çıxışlarda şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.

Sonra mərasim iştirakçıları şəhidin yas mərasiminə qatılıb, şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Azər Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.