YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda ağacəkmə aksiyası keçirilib

Vətən müharibəsində Qələbənin 2-ci ildönümü münasibətilə Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, RİH başçısının müavinləri Nadir Muradov və Təranə İsmayılova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Munis Bayramov, Mənzil Komunal Təssərrüfat Birliyinin rəisi Namizəd İsmayılov, Qaradağ Gənclər Evinin müdiri Natiq İmanov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əraziyə iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd müxtəlif növ ağac əkilib.