YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla yad edilib

Gədəbəy rayonunun Şahdağ kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Hüseynov Rafiz Afiq oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi məzarı önündə ehtiramla yad edilib.

Anım mərasiminə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, kənd sakinləri qatılıblar.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüblər.

Çıxışlarda şəhid Rafiz Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.