YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi ilə görüşüb

Oktyabrın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilib, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olunub.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı uğurlardan bəhs edilib.

Görüşdə, həmçinin Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.