YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin məzarı ziyarət olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Eyvazlı Məzdək Əli oğlunun əziz xatirəsi Qaradağ rayonunun Lökbatan qəsəbəsində anılıb.

Şəhidin ildönümü mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mərasim iştirakçıları tərəfindən rayonun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Məzdək Eyvazlının məzarı önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, şəhid Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. 2020-ci il oktyabrın 29-da Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.