YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhidin anım günü qeyd olunub

Goranboy rayonunda Vətən müharibəsi şəhidi Laçın Alıyevin anım günü qeyd olunub. Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı önünə əklil və gül dəstələri qoyulub. Daha sonra şəhid ailəsinin qayğıları dinlənilib.

Şəhidin ailəsi və yaxınları şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.

Onu da qeyd edək ki, Laçın Alıyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.