YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda şahmat turnirinə start verilib

Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə məktəblərarası şahmat turnirinə start verilib.

Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin akt zalında keçirilən yarışda çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan danışıb. E.Abasov Prezident İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Rayon təşkilatının sədri bildirib ki, 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında həm kişilər, həm qadınlar arasında Azərbaycan təmsilçilərinin dünya çempionu olması faktı bu idman növünün ölkəmizdə inkişaf etdiyinin bariz nümunəsidir. 

Açılış mərasimindən sonra yarışa start verilib.

Qeyd edək ki, turnirin final mərhələsi 2022-ci il noyabrın 4-də keçiriləcək.