YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağ” ordenli şəhid mayor Ramid Hacıyevin məzarı ziyarət olunub

“Qarabağ” ordenli şəhid mayor Hacıyev Ramid Nəriman oğlunun şəhadətənin ikinci ildönümü münasibətilə İkinci Fəxri xiyabanda xatirəsi anılıb.

Anım mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Çıxışlarda şəhid Ramid Hacıyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.