YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə rəsmiləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı paylaşım ediblər

Türkiyə rəsmiləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı rəsmi tviter səhifələrində paylaşım ediblər.

Əlamətdar gün münasibətilə paylaşım edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Dövlət müstəqilliyinin bərpası günü münasibətilə can Azərbaycanı ürəkdən təbrik edirəm. Biz türklər azad doğulduq, azad yaşayarıq”, - deyə ifadə edib.

Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi tviter hesabında edilən təbrik paylaşımında isə deyilir: “Dost və qardaş Azərbaycanın müstəqilliyinin bərpası gününü ən səmimi hisslərlə təbrik edirik”.

“Əslimiz bir, sözümüz bir, gücümüz bir…Qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü təbrik edir, köklü Azərbaycan xalqını könüldən salamlayırıq. “Bir millət, iki dövlət!” kəlamı ilə kədərdə və sevincdə bir və bərabər olmağa davam edəcəyik”.

Bu fikirlər Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında edilən paylaşımda qeyd olunub.

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəsmi səhifəsində yayımlanan mesajda deyilir:

“Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə

Can Azərbaycanın müstəqilliyinin bərpası günü mübarək”.