YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə YAP-ın təsis olunmasının 30-cu ildönümü ilə bağlı görüş keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə gənclərlə görüş keçirib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdiyini söyləyib. Bildirib ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilən YAP bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev və digərləri çıxışlarında vurğulayıblar ki, bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir.