YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri ziyarət olunub

Biləsuvarda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman şəhidlər Astanlı İqbal İlqar oğlunun, Quluzadə Məhəmməd Cəlal oğlunun, Məmmədzadə Kamran Füzuli oğlunun, Xosizadə Müşfiq Zakir oğlunun, Babayev Elməddin Cəfərqulu oğlunun, Eynullayev Rövşən Elşən oğlunun, Gözəlzadə Ceyhun Nazim oğlunun və Bağırlı Hikmət Qəhrəman oğlunun anım mərasimləri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ərazi partiya təşkilat sədrləri və partiya fəalları şəhidlərin ailələrini ziyarət edib, onların valideynlərinə belə qəhrəman övladlar böyütdükləri üçün öz minnətdarlıqlarını bildiriblər.

Ziyarət zamanı şəhid ailələrinin qayğı və problemləri dinlənilib.