YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna ali ehtiram

Ağstafa rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ərazisində yerləşən hərbi hissələri təmsil edən əsgər, zabit heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhid” Memorial Abidə Kompleksi ziyarət olunub, önünə əklil qoyulub, gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.

Daha sonra tədbir Şəhidlər xiyabanında davam etdirilib. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə əklil qoyulub, ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda etmiş mərd Vətən oğullarının məzarları üstünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və başqaları bildiriblər ki, Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.