YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirəsi Ağdaşda da anılıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Yeni Azərbayan Partiyası (YAP) Ağdaş rayon təşkilatının və Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, partiya fəalları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları rayonun Şəhidlər xiyabanını ziyarət ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin hüznlə anılıb və ruhlarına dualar oxunub.

RİH başçısı Tofiq İbrahimov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov, şəhid atası Ayaz Vəliyev və digərləri çıxışlarında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, xalq və dövlət birliyi, şəhidlərimizin şanlı döyüş yolundan söhbət açıblar. Qeyd olunub ki, şəhidlərimizin ölməz ruhları daim ehtiramla yad ediləcək. Qazilərimizin, müharibə iştirakçılarımızın fədakarlığının unudulmayacağı diqqətə çatdırılıb. Vətən müharibəsində Ağdaş rayonunun 32 şəhid verdiyi bildirilib.

Sonra Şəhidlər xiyabanı kompleksinin ətrafında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.