YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda Anım Gününə həsr edilən tədbir keçirilib

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında 27 Sentyabr - Anım Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə cəmi 44 gün ərzində düşməni məğlub edərək torpaqlarımızı işğalçılardan azad edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin möhkəm iradəsi, xalq-iqtidar birliyi, ordumuzun, şəhidlərimizin qəhrəmanlığı və şücaəti sayəsində Vətənimizin bütövlüyü təmin olunub. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirilir.

Sonra rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Şamil Nəcəfovun anası Gülşən Qazanxanova, şəhid Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev və digərləri çıxış edərək ordumuzun şücaətindən, ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən böyük diqqət və qayğıdan danışıblar.

Tədbirdən sonra Birinci Qarabağ və Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri düzülüb, rayonun kənd və qəsəbələrində ehsan süfrələri açılıb.