YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazda əlverişli imkan...

Gələcəkdə Azərbaycanın uğurlarından hələ çox danışılacaq. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda mühüm layihələri həyata keçirmək üçün əlverişli imkandır.

Bunu Belçika Krallığının “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Chevilly sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində keçirilən “Vətən müharibəsindən sonra Cənubi Qafqaz evinin qurulmasına xidmət edən sülh prosesində beyin mərkəzlərinin rolu” mövzusunda panel iclasında deyib.

Beyin mərkəzlərinin fəaliyyətinin əhəmiyyətindən danışan belçikalı ekspert qeyd edib ki, maliyyə əsas şərtdir. Şəbəkənin qurulması, təcrübəli ekspertlərin cəlb edilməsi vacibdir.

“Cənubi Qafqazdan danışarkən qeyd etməliyəm ki, tədbirlər görülməidir. Anlaşma Memorandumuna əsasən, lokal məsələləri regional səviyyədə həll etməyə çalışırıq. Zəngəzur dəhlizinin açılması üçün bir sıra işlər həyata keçirilməlidir”, - deyə ekspert vurğulayıb.