YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıdurma vəziyyəti strateji baxımdan ölkənin ziyanına olur

İki il bundan əvvəl Azərbaycan öz tarixinin bir səhifəsini – tarixi ədalətin bərpası səhifəsini çevirdi.

Bu sözləri rusiyalı tarixçi, Həştərxan vilayəti Dumasında “Spravedlivaya Rossiya” fraksiyasının rəhbəri Oleq Şein deyib.

Siyasətçi qeyd edib ki, müasir dövrün ibrət dərsləri sülhün vacibliyini sübut edir. O deyib: “Əgər sən qonşularınla dostluq edirsənsə, qonşularını qiymətləndirirsənsə, onlarla münasibətləriniz yaxşıdırsa, deməli düzgün mövqe tutursan. Buna görə də qarşıdurma vəziyyəti strateji baxımdan ölkənin ziyanına olur və mənim fikrimcə, Cənubi Qafqazın tarixi bunu əyani şəkildə təsdiq edir”.

Rusiyalı tarixçi vurğulayıb ki, üçtərəfli razılaşmalar zamanı qəbul edilmiş qərarlar, ilk növbədə nəqliyyat kommunikasiyalarının açılması təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün çox vacibdir, çünki ölkə böyük dünya bazarına çıxmaq, ticarət əlaqələrini nizamlamaq, mal tədarük etmək və inkişaf etmək imkanına malik olmalıdır.

O.Şein Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun dəvəti ilə Şuşaya səfər etməsi barədə bu sözləri deyib: “Qarabağın sürətlə bərpa olunması insanı ruhlandırır. Kommunikasiyaların, yolların necə sürətlə bərpa olunmasını, öz qanuni sahiblərinə qaytarılmış torpaqda insanların dinc yaşaya bilməsinə hazırlıq işləri mənə çox güclü təsir bağışladı”.