YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəf və ləyaqət zirvəsi

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi baş leytenant Hacıyev İsmət Şölət oğlunun 2-ci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib.

Təşkilat sədri Fidan Hüseynova şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlığını bildirib. Qeyd olunub ki, şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi, Vətənə sonsuz məhəbbətin böyük nümunəsidir.

Ailə üzvləri Şəhidimizin xidməti fəaliyyəti, döyüş yolu, təltif edildiyi medallar barədə məlumat verib, onun özünəməxsus xüsusiyyətlərindən danışıb, xatirələrini bölüşüblər.

Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, İsmət Hacıyev 44 günlük Vətən müharibəsidə Tərtər- Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmiş və 27 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, sentyabrın 28-də doğulduğu Quba şəhərində - Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi.

Dövlət başçısının müvafiq Sərəncamları ilə baş leytenant İsmət Hacıyev ölümündən sonra “Vətən uğrunda”, " İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

İsmət Hacıyevin adı Quba şəhərinin küçələrinin birində əbədiləşdirilib.