YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda şəhidlər anılıb

Şabran Şəhidlər Xiyabanında 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Anım tədbirində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şabran şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət edilib, üzərinə tər güllər düzüblüb, əziz xatirələri yad olunub, ruhlarına dualar oxunub.

Sonra Şəhid Rəsulov Murad İlqar oğlunun ailəsini ziyarət edildi.

Mərasimdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, partiya üzvləri və 3 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Fidan Ferzəliyeva və məktəbin müəllim və şagir kollektivi iştirak edib.

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov mərasimdə cıxış edərək bildirib ki, Vətən müharibəsi bizim şanlı qələbə tariximizdir: “Bu qələbədə bütün azərbaycanlılar, böyükdən kiçiyə qədər hər kəs dəmir yumruq kimi birləşərək  Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi dədə-baba torpaqlarımızı erməni işğalçılarından azad etməklə, ərazi bütövlüyümüzü bərpa etdi”.

Mehdi Balabəyov qeyd edib ki, Azərbaycan xalqı hər zaman mübariz  oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur: “Şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən humanist addımlar atılmaqdadır. Təkcə onu demək kifayətdir ki, bu günədək minlərlə şəhid ailəsi mənzillərlə təmin edilib. O cümlədən şəhid ailələrinin üzvlərinin, müharibə iştirakçılarının həyat şəraitinin yüksəldilməsi, məşğulluğunun təmin olunması sahəsində mühüm proqramlar icra olunmaqdadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, məhz 27 sentyabr Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın Sərəncamı diqqətə çatdırılıb. Vətənin müdafiəsi uğrunda canlarını qurban verənlər heç vaxt unudulmur. Şəhidlər həyat durduqca yaşayırlar. Onlar yetişən gənc nəslə örnəkdir. Ölkəmizin bütün həyatında olduğu kimi, xüsusilə Vətən müharibəsində də gənclərin rolu həlledici olmuşdur və bu gün biz haqlı olaraq gənclərimizlə fəxr edirik.”