YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə dərin ehtiram

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının və Şuşa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, qazilər, ictimaiyyət nümayəndələri 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Ziyarət zamanı bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır.