YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Region üçün yeni perspektivlər

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

 Azərbaycan müstəqillik qazandıqdan sonra 1993 - cü ildən başlayaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş və regionda Lider dövlət kimi öz nüfuzunu qoruyub saxlayır. Ölkəmizin dayanıqlı sülhün bərqərar olması istiqamətindəki mühüm və təxirəsalınmaz cəhdləri uğurla yekunlaşdı. Əlbəttə sülhün əldə olunması həmçinin regon dövlətləri üçün yeni iqtisadi imkanların formalaşması deməkdir. Prezident İlham Əliyev cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında bu məsələyə toxunaraq, əldə olunacaq nailiyyətlərin region üçün əhəmiyyətini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün dövlətlər üçün faydalı olacaqdır. Azərbaycanın beynəlxalq komunikasiya və ticarət əlaqələrinin inkişafı üçün verdiyi töhfədən danışan Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə görülən işləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Görülən işləri təhlil edərkən Prezident İlham  Əliyev  vurğuladı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan Prezidentinin çıxışı həyata keçirilən titanik layihələrin mahiyyətini əks etdirməklə yanaşı, regionda Azərbaycanın hansı mövqedə və statusda oldugunu da əks etdirir. Danılmaz faktdır ki, bu gün dünya ölkələri, xüsusilə Avropa enerji resursları və digər zəruri ehtiyacları ödəmək üçün bütün imkanlarını səfərbər edib. Nəzərə alsaq ki, Azərbaycan təbii sərvətlərin zənginliyi ilə yanaşı, qarşılıqlı əlaqələrin sağlam qurulması üçün ən etibarlı tərəfdaşdır. Ona görə də mütləq şəkildə dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atırlar. Ermənistan isə bu layihələrdən kənarda qalmamaq üçün bütün imkanlarını işə salmalı, sülhün bərqərar olması üçün var qüvvəsi ilə çalışmalıdır. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir, bu halda Azərbaycanla sağlam əlaqə qurmaq, hadisələrə düzgün qiymət vermək, qəbul edəcəyi qərarların beynəlxalq hüquqa əsaslanmasına diqqət yetirməlidir. Artıq bu gün dünya düzəni zədələnmiş iqtisadi tarazlığın nə dərəcədə təhlükəli olduğunu dərk edir. Ölkəmizin təbii resursları və əlverişli coğrafi mövqeyi bütün dünyanın diqqətini Azərbaycana çəkir. Prezident İlham Əliyevin xarizmatik Liderlik bacarığı və ədalətli, etibarlı mövqeyi isə bu marağı daha da artırır.