YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncləri torpaqlarımızı qanları, canları ilə geri qaytardılar

Vüqar İsayev

Yeni azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Cənubi Qafqazda sülhün təmin olunmasını, yeni regional və beynəlxalq kommunikasiyaların, nəqliyyat dəhlizlərinin yaradılmasını istəməyən Ermənistan törətdiyi hərbi təxribatlarla əsl niyyətini ortaya qoyur.  Sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiyi bir zamanda Ermənistanın törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu ölkə xarici havadarlarına arxalanaraq öz çirkin əməllərindən əl çəkməyib. Ermənistanın təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və sarsıdıcı zərbələr nəticəsində düşmənin geri oturdulmasından nəticə çıxarılacaqmı?

Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə dəfələrlə xəbərdarlıq ünvanlayaraq onları təxribatlardan əl çəkməyə çağırıb. Bu xəbərdarlıqlar zamanı göstərilirdi ki, istənilən təxribata adekvat cavab veriləcək. Sonuncu təxribata qətiyyətli cavab bir daha göstərdi ki, qalib sərkərdə heç zaman əbəs yerə fikir söyləmir. Bu, sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev qətiyyətinin təcəssümü, həm də Ali Baş Komandanın formalaşdırdığı Azərbaycan Ordusunun gücünün göstəricisidir. Oda da həqiqətdir ki, iki il öncə Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli, unikal strategiya tətbiq edilib, pilotsuz uçuş aparatları (PUA) isə yeni müharibə formatının bünövrəsini qoyub.

Onu da qeyd etmək yerinə düşər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir. İkinci Qarabağ müharibəsi həm də Azərbaycan Ordusunun potensialını, nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modeli ilə Azərbaycan bir daha göstərdi ki, 30 ilin hərb taktikası, hücum əməliyyatları artıq köhnəlib. Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksəkdəqiqlikli məhvetmə vasitələrindən genişmiqyaslı istifadə hazırda dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir.  Yəni bir ordunun başqa bir ölkənin silahlı qüvvələri ilə döyüşdə yüksəkdəqiqlikli silahdan və hücum dronlarının istifadəsinin miqyası və intensivliyi dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə ediblər. Azərbaycan PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri, onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi.  30 il müddətində işğal edilmiş torpaqlarımızda müdafiə sistemləri quran Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası, mənəvi döyüş ruhu, eyni zamanda ordumuzun texniki təchizatı da çox cəhətdən uğurumuz üçün real zəmin yaratdı.

Bu baxımdan, Vətən müharibəsi nəticəsində bir daha sübut olundu ki, Azərbaycan Ordusu dünyada yüksək döyüş qabiliyyətinə malik ordulardan biridir. Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, zəfərimizin qazanılmasında müstəsna rol Azərbaycan əsgərinə məxsusdur. Müstəqillik dövründə böyüyən Azərbaycan gəncləri bu savaşda işğal altında olan torpaqlarımızı qanları, canları ilə geri qaytardılar.  Sentyabrın 12-13-də Ermənistanın son təxribatı nəticəsində də şəhid olmuş əsgər və zabitlərimiz doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün canlarını qurban verdilər. Onlar qəhrəmanlıqları, igidlikləri və şücaətləri ilə bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan əsgəri istənilən döyüş tapşırığını reallaşdırmağa qadirdir.

Eyni zamanda, Prezident İlham Əliyev ordu quruculuğu sahəsində islahatlar aparmaqda davam edir. Ali Baş Komandanınorduya göstərdiyi diqqət və qayğı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür. Hazırda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, hazırda Cənubi Qafqazın qüdrətli hərbi gücə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.

Bununla belə, bu gün qarşıda dayanan əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, müasirləşməsi, ən son hərbi texnologiyalara  yiyələnməsidir.  Buna görə də dövlətimiz Silahlı Qüvvələrin daha da modernləşməsi, ən yüksəkdəqiqlikli hərbi silah-sursatların alınması prosesini davam etdirir. Bunu hər il dövlət büdcəsində müdafiə xərclərinin artırılması bir daha təsdiqləyir. Nəticədə ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi Azərbaycan Ordusunun qüdrətini daha da artırır. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.

 Xüsusi olaraq vurğulayaq ki, son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif  növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.

DİGƏR Xəbərlər Arxiv