YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldova mətbuatı: Nensi Pelosi ermənipərəst siyasətçi kimi tanınır

Moldovanın xəbər portalları Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində ölkəmizə qarşı irəli sürdüyü əsassız və ədalətsiz ittihamları pisləyən bəyanatına geniş yer ayırıb.

Moldovanın “NOİ”, “Dosarmedia” xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə Azərbaycan XİN-in bəyanatındakı əsas məqamlara diqqət çəkilib.

Yazılarda qeyd olunub ki, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir.

“Ədalətdən danışan N. Pelosi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bu günədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib”, - deyə məqalələrdə vurğulanır.

DİGƏR Xəbərlər Arxiv