YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Azərbaycanın rolunu yüksək dəyərləndirir

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsindəki qələbəsi ilə regionda yeni reallıqlar yaratmış Azərbaycan yeni bir tarixi dönəmin qapılarını açır. Bu mərhələ Azərbaycan hüdudlarından çox geniş miqyası əhatə edir. Ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Hazırda Avropa və dünya ölkələrinin Azərbaycana marağı günü-gündən artır. Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq sahəsində yeni uğurlu səhifələr açılacağından xəbər verir.

Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 il keçir. Bu iki ölkənin əməkdaşlığı getdikcə genişlənir və müxtəlif sahələri əhatə edir. Bu gün bizim ticarət tərəfdaşlarımız sırasında İtaliya ön yeri tutur. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər də bunu bir daha təsdiqləyir. Səfər çərçivəsində çox mühüm tarixi hadisələr yaşandı, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı oldu və binada ilk tədbir İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi oldu.

Sentyabrın 2-də Prezident İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük marağa səbəb oldu.

Prezidentin Çernobbio forumundakı çıxışı ilə Azərbaycanın beynəlxalq nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi. Beləliklə, deyə bilərik ki, Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri bir sıra önəmli hadisələrlə yadda qalması ilə yanaşı, İlham Əliyevin Avropa məkanı üçün əhəmiyyət kəsb edən mühüm bəyanatları və çıxışları beynəlxalq aləmin də diqqətini cəlb etdi. Prezident beynəlxalq Çernobbio forumundakı çıxışı ilə Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi.