YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyada söz və nüfuz sahibi

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın ötən il müstəqilliyinin 30-cu ildönümü olduğunu qeyd edərək ölkəmizin bu illər ərzində tamamilə müstəqil siyasət yürütdüyünü vurğuladı. Ölkəmiz hər zaman həm qonşu ölkələr, həm də digər ölkələrlə əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb və özünün siyasəti olub. Həyata keçirilən uğurlu müstəqil siyasət beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri üzərində formalaşıb. Azərbaycan hər bir ölkə ilə əməkdaşlıqda və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Yüksək səviyyədə olan Azərbaycan-İtaliya əməkdaşlığı buna əyani sübutdur. Ölkəmizlə İtaliya arasında əlaqələrin qurulması 1994-cü ilə təsadüf edir. Artıq neçə illərdir ki, ölkəmiz İtaliyaya neft ixrac edir və son illər ərzində isə Azərbaycan qazı da Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkəyə çatdırılır.

Son illər ərzində dünyada baş verən regional və beynəlxalq miqyaslı geosiyasi proseslər fonunda Azərbaycan qazına Avropada böyük maraq yaranıb. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində olan ən aktual məsələlərdən biridir. Lakin Azərbaycan bu münaqişədən öncə belə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli enerji layihələri ilə Avrasiyanın enerji xəritəsini dəyişməyi bacarıb. Ölkəmizin 2,6 trilyon kubmetrə bərabər təsdiq edilmiş qaz ehtiyatları var. Həmçinin Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. 3 böyük boru kəmərini özündə birləşdirən Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğundadır və İtaliyaya qədər uzanır.

Çernobbio Forumunda Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və enerji ilə bağlı dialoqa start veriliməsinə diqqət çəkərək bu anlaşmanın bütün ölkələr üçün böyük perspektivlər vəd etdiyini diqqətə çatdırdı.  Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım olmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinə təminat verir. Hər bir sahədə müstəqil siyasət yürüdən Azərbaycanın enerji siyasəti də müstəqildir. Həmçinin regionda və dünyada baş verən münaqişlər, gedən geosiyasi proseslər fonunda xarici amillərdən müdafiə olunmaq ölkəmiz üçün əsas məsələlərdəndir. Azərbaycan dünyada baş verən münaqişlərdə tərəfsiz mövqedədir və ümumiyyətlə münaqişlərin baş verməsinə qarşıdır. Çünki Azərbaycan 30 il müddətində münaqişəyə cəlb olunmuş və işğalla üzləşmiş ölkə olub. Eyni zamanda, Azərbaycan beynəlxalq hüququn pozulmasından da əziyyət çəkib. Odur ki, Azərbaycan üçün Ermənistanla sülhə nail olmaq planlarında nələr əldə edəcəyi və yeni nəsillərin gələcəyinin necə olacağı, regionda sülh, təhlükəsizlik mühitinin formalaşdırılması daha önəmlidir.