YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı tərəfdaş

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əməkdaşlığı dövlətimizin beynəlxalq arenada artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.

Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurlar məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasət xəttinin məntiqi nəticəsidir.

Tarixə nəzər salsaq görərik ki, 1993-cü ildən etibarən Azərbaycan Avropa, Asiya və digər region ölkələri ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib, müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb və bu münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir.

Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

Bütün əldə olunan bu uğurların əsasını isə Prezident İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici siyasət strategiyası təşkil edir. Məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir.

Eyni zamanda Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir.

Məlum olduğu kimi avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər müvafiq əməkdaşlıq sənədləri imzalayıb və yeni imzalanan bu sənədlər Azərbaycan və Qazaxıstan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir.

Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib: “Biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu gün Azərbaycan-Qazaxıstan münasibətləri geniş gündəliyə malik olmaqla yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir.

Dövlət başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olub və regionda böyük potensiala sahib olan bir dövlətdir.