YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minaya düşən polkovnik ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının fəalları Kəlbəcərdə minaya düşərək ağır xəsarətlər alan hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarovu Mərkəzi Klinika Gəncə Xəstəxanasında ziyarət ediblər.

Fəallar polkovnikin səhhəti ilə maraqlanıb, ona Allahdan şəfa diləyiblər.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Cəbrayıldan Laçına qədər briqada komandiri kimi döyüş yolu keçən polkovnik Vüqar İsbəndiyarov Qələbədən sonra xidmətini Kəlbəcərdə davam etdirib. O, 2022-ci il iyul ayının 26-da Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.