YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Vətən müharibəsi qaziləri ilə görüşüb

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın Vətən müharibəsi qaziləri ilə görüşü keçirilib.

Tədbirdən öncə Gədəbəy şəhərində ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

 Sonra Gədəbəy Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

Görüşdə dövlətimiz tərəfindən şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan geniş bəhs edilib, eyni zamanda, qazilərimiz fərdi qaydada dinlənilərək, onların qayğı və problemləri ilə maraqlanılıb.

Millət vəkili, həmçinin rayonun Moruxlu, Çanaqçı, Zəhmətkənd, Söyüdlü, Miskinli, Plankənd, Əlinağılar, Gərgər və Daryurd kəndlərində seçicilərlə görüşlər keçirib. Bununla yanaşı, deputat qərargahında da seçicilərin qəbulu keçirilib.

Görüşlər zamanı seçicilər tərəfindən əlilliyin qiymətləndirilməsi, məşğulluq, kənd təsərrüfatı, su təchizatı, Əlinağılar, Arısu, Plankənd, Daryurd kəndlərinin qazlaşdırılması və digər məsələlərlə bağlı müraciətlər olunub.