YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sosial-iqtisadi inkişafı ilə fərqlənən ölkədir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı söylədiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası məsələlərinə toxunaraq bildirib ki, Ağsu və İsmayıllı rayonlarında infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır, eyni zamanda qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir.

Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılması, kənd təssərrüfatının inkişafı uğurla həyata keçirilməkdədir.

Bu gün dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və bu istiqamətdə uğurlu nəticələr əldə olunmaqdadır.

Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi əsas prioritet istiqamətlərdən biridir.

Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm addımlar atılmaqdadır. Belə ki, ölkə Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərimizdə taxılçılığın, bağ təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi üçün böyük layihələr uğurla icra olunmaqdadır.

İşğaldan azad olunmuş Ağdam rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlər bu gün də uğurla davam etdirilməkdədir. Ağdam rayonunun böyük aqrar potensialı var.  Rayonun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması, taxılçılığın və pambıqçılığın inkişafı gələcəkdə öz müsbət töhfələrini verəcək.

Əminliklə söyləmək olar ki, bu gün Azərbaycan bölgədə və regionda öz sosial-iqtisadi inkişafı ilə fərqlənən, böyük iqtisadi potensiala malik olan nüfuzlu bir dövlətdir.