YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğur formulumuz: üstün strateji ağıl, siyasi qətiyyət, qərarlılıq və böyük uzaqgörənlik

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Hazırda dünya tarixi özünün ən mürəkkəb və çətin mərhələlərindən birini yaşamaqdadır. Bir tərəfdən Yaxın Şərqdən Şərqi Avropaya qədər  geniş bir coğrafiyada baş verən müharibələr, başqa bir tərəfdən pandemiyalar və onların yaratdığı fəsadlar qlobal siyasi–iqtisadi böhranlara səbəb olmaqla insanların rifahına mənfi təsir göstərir, yaşam şərtlərini çətinləşdirir, milyonlarla insanları yurdundan edərək qlobal miqrasiya böhranı yaradır. Elə siyasi keçmiş etibarilə ortaq olduğumuz postsovet məkanında baş verən hadisələr, az qala hamının bu və ya digər səviyyədə və formada müharibə apardığı bir vaxtda Azərbaycan sabitlik və inkişaf adası kimi görünür. Yaşadığımız Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyəti və yeni dünya nizamı paradiqmaları kontekstində Azərbaycanın əldə etdiyi tarixi uğurlar sözün əsl mənasında bir möcüzə sayıla bilər. Belə mürəkkəb hərbi-siyasi şərtlər içərisində cəmisi 44 gün davam edən müharibədə tarixi zəfər əldə etmək özlüyündə mühüm tarixi hadisədir. Ancaq buna paralel olaraq işğaldan azad edilmiş ərazilərimizdə durmadan quruculuq işləri həyata keçirmək və böyük qayıdış prosesini başlatmaq da ayrıca bir tarixi hadisədir. Heç şübhəsiz ki, bütün bunların arxasında üstün strateji ağıl, siyasi qətiyyət, qərarlılıq və böyük uzaqgörənlik dayanır. Azərbaycan illərdir bu nailiyyətlərə hədəflənmiş düşünülmüş və ardıcıl siyasət həyata keçirərək indiki mərhələyə çata bilib. Şübhəsiz ki, bu tarixi uğurlarımızın siyasi və iqtisadi tərəfləri var və bunlar biri digərini tamamlayan vahid tamın iki əsas komponentləridir. Güclü və müstəqil iqtisadiyyat yaratmadan siyasi müstəqilliyi qorumaq olduqca çətindir. Ancaq qətiyyətli siyasi iradə olmadan da müstəqil iqtisadiyyat qurmaq mümkün deyil. Azərbaycan bunu etməyi bacarıb. Hazırda isə güclü sosial siyasətlə dəstəlkənən hərbi-iqtisadi gücümüz daha da artmaqdadır. Şübhəsiz ki bunlar dərin strateji diplomatoya və uğurlu xarici siyasətlə tamamlanır. Əks təqdirdə Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirə bilməz və bu gün dünyanın enerji və hərbi-siyasi təhlükəsiziliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrilə bilməzdi. Bu gün ölkəmiz həm Avropa üçün etibarlı və vacib tərəfdaş, həm regionumuz üçün sülhü təmin edən güclü dövlətdir. Bunlar milli maraqlarımızın bu günü və gələcəyi üçün strateji əhəmiyyət daşıyır.