YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhidin xatirəsi ehtiramla yad edilib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medallarına layiq görülən Ağakişiyev Nurlan Etibar oğlunun anadan olmasının 20-ci ildönümü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidin məzarını ziyarət edib, Vətənin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Birinci Qarabağ müharibəsi qazisi Etibar Ağakişiyevin oğlu şəhid Nurlan Ağakişiyevin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi xidmətlərdən, şücaətlərdən bəhs edilib.

Ziyarət zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhidin ailə üzvləri və qazilər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini vurğulayaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.