YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz beynəlxalq arenada mühüm rol oynayır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Son illər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən yeniliklər və xüsusilə həmin sferalarda əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin xalqımızın maraqları naminə həyata keçirdiyi müdrik daxili və xarici siyasətin bariz nümunələridir. Azərbaycan bu gün sadəcə Cənubi Qafqaz regionunda güclü dövlət olmaqla kifayətlənmir, hətta  dünyanın inkişaf etmiş ölkələri ilə mühüm sahələrdə rəqabət aparan qüdrətli ölkəyə çevrilmişdir. Biz bu reallığa cari ilin iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir daha şahid olduq.

Prezident İlham Əliyev Azərbaycanı XXI əsrin ən qüdrətli, sarsılmaz dövlətləri sırasına çıxarmağı bacarmış fenomen Sərkərdə, güclü Liderdir. Dövlətimizin başçısı cari ilin birinci yarımilliyinin yekunlarına dair keçirilən hesabatda sosial, iqtisadi sahədəki müsbət statistik göstəriciləri söyləməklə ölkəmizin inkişafına diqqət çəkdi və bir neçə  xüsusi məqama toxundu. Beynəlxalq arenada oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün verdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID 19-la bağlı 80-dən çox ölkəyə edilən kömək bizim beynəlxalq nüfuzumuzu artırmışdır. Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır.

Düzgün və məqsədyönlü siyasət ilə bu gün Azərbaycan mühüm uğurlara imza ataraq beynəlxalq arenada özünü təsdiqləyib.

Təbii ki, hər zaman dövlət siyasətimizdə prioritet təşkil edən məsələlərdən biri də məhz əhalinin sosial rifah halının yüksəlməsi üçün həyata keçirilən mühüm tədbirlərdir. Cənab Prezidentin sözləri ilə desək, iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə  layiqli yerini tutaraq etibarlı tərəfdaşa, qüdrətli ölkəyə çevrilmişdir.