YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Saleh Nəriman oğlu Məcidzadənin doğum günü münasibətilə ailəsini ziyarət ediblər.

Partiyanın rayon təşkilatının əməkdaşı Samir Ağayevin, ərazi partiya təşkilat sədrləri Bəhruz Qafarov və Elmin Nurinin rayonun Nəsimi  kəndindən olan şəhidin ailəsi ilə görüşü zamanı Saleh Məcidzadənin şərəfli həyat və döyüş yolundan bəhs edilib, şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Şəhidin valideyni göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Məcidzadə Saleh Nəriman oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.